“Qalatasaray”ın vingeri Leroy Sane qış transfer pəncərəsində Türkiyə klubundan ayrıla bilər. Jurnalist Florian Plettenberqin məlumatına görə, bütün tərəfləri qane edən təklif daxil olarsa, belə bir ssenari istisna edilmir.
30 yaşlı almaniyalı futbolçunun “Qalatasaray”la müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub.
Sane cari mövsümdə İstanbul təmsilçisinin heyətində bütün turnirlərdə 15 matç keçirib, lakin hələ məhsuldar göstərici ilə yadda qalmayıb.