Lənkəran sakininin 40 min manatdan artıq pulunu mənimsəyən şəxs saxlanılıb

Lənkəran sakininin 40 min manatdan artıq pulunu mənimsəyən şəxs saxlanılıb
17.02.2024 10:02
Aa
dəq

Özünü hüquq mühafizə orqanlarından birinin əməkdaşı kimi təqdim edərək dələduzluq yolu ilə Lənkəran sakininin 40 min manatdan artıq pulunu mənimsəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində etibardan sui istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vuraraq dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Tural Əliyev saxlanılıb.

Belə ki, həmin şəxs Lənkəran rayon sakini olan bir nəfərə özünü hüquq mühafizə oqranlarından birinin əməkdaşı kimi təqdim edərək övladını həbsdən azad etdirmək və digər məsələlər barədə yalan vədlər verərək dələduzluq yolu ilə ümumilikdə 40 min manatdan artıq pulunu mənimsəyib.

Bundan başqa T.Əliyevin digər bir nəfər Lənkəran sakinini iş yerini dəyişməyə kömək edəcəyi adı ilə aldadaraq 5 min manata yaxın pulunu mənimsədiyi müəyyən edilib. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırma aparılır.

Həftənin ən çox oxunanları

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib
DAVAMIN OXU davamın oxu

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib
DAVAMIN OXU davamın oxu

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Beyləqanda silahlı insident olub

Beyləqanda silahlı insident olub
DAVAMIN OXU davamın oxu

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO
DAVAMIN OXU davamın oxu