Əsas məzmuna keç

Kuril adaları yaxınlığında daha iki zəlzələ qeydə alınıb

Kuril adaları yaxınlığında daha iki zəlzələ qeydə alınıb

Seysmoloqlar çərşənbə günü yerli vaxtla axşam saatlarında Kuril adaları yaxınlığında iki zəlzələni qeydə alıblar. Bu barədə Rusiya Elmlər Akademiyasının...

Seysmoloqlar çərşənbə günü yerli vaxtla axşam saatlarında adaları yaxınlığında iki zəlzələni qeydə alıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin filialından bildirilib.

"5,1 maqnitudalı birinci zəlzələ 30 iyul tarixində yerli vaxtla saat 18:23-də (Moskva vaxtı ilə 10:23) Sakit okeanda baş verib, episentri İturup adasından 131 km cənub-şərqdə, ocağı 61 km dərinlikdə yerləşib. Təxminən 3 bal gücündə zəlzələ Şikotan adasındakı Malokurilskoye kəndində hiss edilib", - mənbə bildirib.

20 dəqiqə sonra seysmoloqlar 5 maqnitudalı ikinci zəlzələni qeydə alıblar, onun episentri Severo-Kurilsk şəhərindən (Paramuşir adası) 79 km cənub-şərqdə 47 km dərinlikdə yerləşib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…