Operativ Məlumat Mərkəzi

Kubada sursat anbarında partlayışlar baş verib, 13 hərbçi itkin düşüb

1 dəq
Paylaş:
Kubada sursat anbarında partlayışlar baş verib, 13 hərbçi itkin düşüb

Kubada silah-sursat anbarında partlayışlar baş verib, 13 hərbçi itkin düşmüş hesab olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Kubanın İnqilabi Silahlı Qüvvələr Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin cənub-şərqində yerləşən Olgin əyalətində baş verib.

"Olgin əyalətinin Rafael Freire bələdiyyəsində silah-sursat anbarında baş verən partlayışlar nəticəsində hərbçilər itkin düşüb", - məlumatda qeyd olunub.

Nazirlik baş verənlərin səbəblərini, eləcə də yaralananların və ya ölənlərin sayını açıqlamayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər