Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Fransada meşə yanğını İkinci Dünya Müharibəsindən qalan bombaları üzə çıxardı

2 dəq
Paylaş:
Fransada meşə yanğını İkinci Dünya Müharibəsindən qalan bombaları üzə çıxardı

Fransanın bölgəsində baş verən meşə yanğınından sonra ərazidə İkinci Dünya Müharibəsindən qalma hərbi sursatların aşkar edildiyi bildirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə mətbuatı məlumat yayıb.

Məlumata görə, yanğınsöndürmə işləri zamanı əvvəlcə qaz balonlarının partlaması kimi qiymətləndirilən güclü səslərin əslində İkinci Dünya Müharibəsindən qalma hərbi sursatların infilakı olduğu müəyyən edilib.

Bildirilib ki, Le Porj şəhərinin meri Martial Zaninetti yanğının ikinci gecəsində 100-dən çox səsinin eşidildiyini, hadisənin isə "savaş səsinə bənzədiyini" deyib. Yerli hakimiyyət orqanları ərazidə belə sursatların mövcudluğundan xəbərsiz olduqlarını açıqlayıblar.

Qeyd olunub ki, partlayışlar nəticəsində mərmilər ətrafa səpələnib, onlardan biri isə yaşayış evlərindən birinin içinə düşüb.

Məlumata əsasən, yanğın nəticəsində 180-dən çox evə ziyan dəyib. Aşkar olunan arasında Fransa və Almaniya ordularına məxsus müxtəlif növ minaatan və tank əleyhinə mərmilərin olduğu bildirilib.

Hazırda xüsusi istehkamçı qruplar tərəfindən ərazidə axtarış və minalardan təmizləmə işləri davam etdirilir. tədbirlərindən sonra evakuasiya olunan sakinlərin böyük hissəsi evlərinə qayıtsa da, okean sahili, düşərgə zonaları və "La Jenny" kəndi də daxil olmaqla bəzi ərazilərə giriş hələ də məhdudlaşdırılıb.

Səlahiyyətli qurumlar yanğının tam nəzarət altına alındığını, lakin ərazidə partlamamış hərbi sursatların qalma ehtimalına görə ehtiyatlı olmağa çağırıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax