Əsas məzmuna keç

Kolumbiyanın Qolan təpələri ilə bağlı qərar pisləndi

Kolumbiyanın Qolan təpələri ilə bağlı qərar pisləndi

Kolumbiya hökumətinin işğal altındakı Suriya torpaqları üzərində İsrailin suverenliyini tanıması regionda ciddi narazılıqla qarşılanıb.

en ru

Kolumbiyanın işğal altındakı Suriya ərazisi olan üzərində İsrailin suverenliyini tanıması ərəb ölkələri və beynəlxalq təşkilatlar tərəfindən kəskin etirazla qarşılanıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, , Küveyt, İordaniya və Livanın nazirlikləri, eləcə də Ərəb Dövlətləri Liqası və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) Kolumbiyanın qərarını beynəlxalq hüquqa zidd hesab edərək rədd ediblər.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, Kolumbiyanın qərarı beynəlxalq hüququn fundamental prinsiplərinə, o cümlədən BMT Təhlükəsizlik Şurasının 1981-ci ildə qəbul etdiyi 497 saylı qətnaməyə ziddir.

Küveyt və İordaniya da Qolan təpələrinin Suriyanın ayrılmaz hissəsi olduğunu və ərazinin işğalının legitimləşdirilə bilməyəcəyini vurğulayıblar.

Livan rəsmiləri isə Suriyanın ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsinin vacibliyini qeyd ediblər.

Ərəb Dövlətləri Liqasının Nabil Fəhmi Kolumbiyanın qərarının hüquqi qüvvəyə malik olmadığını bildirib.

O, işğal yolu ilə əldə edilən suverenliyin baxımından legitim sayıla bilməyəcəyini qeyd edərək, Kolumbiya hökumətini qərarına yenidən baxmağa çağırıb.

Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi isə belə tanınma aktlarının regionda sülh və təhlükəsizliyin təmin olunmasına yönəlmiş səylərə zərər vurduğunu bildirib.

Xatırladaq ki, Kolumbiya hökuməti avqustun 10-da işğal altındakı Suriya ərazisi olan Qolan təpələri üzərində İsrailin suverenliyini tanıdığını açıqlayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…