Əsas məzmuna keç

Türkiyə Prezidenti iqlim dəyişikliyi ilə bağlı beynəlxalq çağırış edib

Türkiyə Prezidenti iqlim dəyişikliyi ilə bağlı beynəlxalq çağırış edib

Bu gün dünya iqlim dəyişikliklərinin yaratdığı ciddi təhdidlərlə üz-üzədir. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP31 Liderlər Sammitindəki...

en ru

Bu gün dünya iqlim dəyişikliklərinin yaratdığı ciddi təhdidlərlə üz-üzədir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Prezidenti Rəcəb Tayyib COP31 Liderlər Sammitindəki çıxışında söyləyib.

"Bizim başqa bir səmamız yoxdur. Ancaq hazırda bəşəriyyət həddini aşan istehlak təhlükəsi ilə qarşı-qarşıyadır", - qeyd edib.

Ərdoğan həmçinin bildirib ki, Paris Sazişində nəzərdə tutulmuş maliyyə öhdəlikləri getdikcə artmaqdadır:

"Qarşımızda iki yol var: ya bunu qəbul etmək, ya da fəaliyyətə başlamaq. Bu konfransın gələcək konfranslar üçün də örnək olmasını hədəf olaraq müəyyənləşdirmişik".

Türkiyə lideri vurğulayıb ki, ilə mübarizədə üzərlərinə düşən məsuliyyətləri layiqincə icra etməyə səy göstərirlər:

"İqlim dəyişikliyi ilə mübarizə sahəsində öhdəliklərimizi layiqincə yerinə yetirməyə çalışırıq. Bütün sahələrimizi karbonsuzlaşdırma istiqamətində yenidən strukturlaşdırır, yaşıl transformasiyaya prioritet verir və enerji səmərəliliyini artırırıq. Bununla yanaşı, ekoloji cəhətdən təmiz həllərinin tətbiq dairəsini genişləndiririk".

Ərdoğan söyləyib ki, quraşdırılmış elektrik enerjisi istehsalı gücündə bərpaolunan enerji mənbələrinin payı 60 faizdən yuxarı çatdırılıb:

"İqlim qanunu vasitəsilə bu struktur transformasiyasının hüquqi və institusional əsaslarını gücləndirmişik. Başladığımız su səmərəliliyi səfərbərliyi çərçivəsində isə həyat mənbəyimiz olan suyun hər damlasını qorumaq məqsədilə müxtəlif tədbirlər həyata keçiririk".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…