KİV: Suriyada İŞİD-in hücumu nəticəsində azı 4 nəfər ölüb

KİV: Suriyada İŞİD-in hücumu nəticəsində azı 4 nəfər ölüb
12.02.2023 13:56
Aa
dəq

Suriyanın mərkəzində yerləşən Homs əyalətində “İslam Dövləti” terror qruplaşmasının (İŞİD) silahlılarının hücumu nəticəsində azı 4 nəfər ölüb, 10 nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə bazar günü SANA agentliyi məlumat yayıb. 

Məlumata görə, radikalların hücumunun hədəfi Palmiradan 70 km cənubda truffle göbələkləri yığan bir qrup mülki şəxs olub. Ölənlər arasında bir qadın da var. Bütün zərərçəkənlər Homs şəhərinin tibb müəssisələrində güllə yaraları ilə xəstəxanaya yerləşdiriliblər.

Həftənin ən çox oxunanları