Əsas məzmuna keç

"Bu təşkilatlar sanksiyalara məruz qala bilər"

"Bu təşkilatlar sanksiyalara məruz qala bilər"

ABŞ Maliyyə Nazirliyi Tehranla əməkdaşlıq edən xarici banklara xəbərdarlıq etdi. İslam Respublikası ilə maliyyə əlaqələrini kəsməyən qurumları nə gözləyir?

en ru

Maliyyə Nazirliyi İranla əvvəlcədən xəbərdarlıq edilmədən maliyyə əməliyyatları aparan xarici maliyyə institutlarının sanksiya siyahısına daxil edilə biləcəyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı nazirlik bəyanat yayıb.

Nazirliyin bəyanatında İranın sanksiyaya məruz maliyyə institutları ilə əməliyyatları davam etdirən xarici maliyyə qurumlarının əvvəlcədən xəbərdarlıq edilmədən istənilən vaxt sanksiyalara məruz biləcəyi bildirilib.

"İranın sanksiyaya məruz qalmış maliyyə institutları ilə əməliyyatları davam etdirən xarici maliyyə qurumları istənilən vaxt, əvvəlcədən xəbərdarlıq edilmədən sanksiyalara məruz qala bilər. Onlar bu fəaliyyətə və Tehranla əlaqələrə xitam vermək üçün dərhal tədbirlər görməlidirlər", - bəyanatda qeyd olunub.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, İrana, o cümlədən onun banklarına, törəmə şirkətlərinə və üçüncü ölkələrdəki filiallarına maliyyə xidmətləri göstərməklə İslam Respublikasının qlobal maliyyə sisteminə çıxışını asanlaşdıran xarici maliyyə institutları İran iqtisadiyyatının sanksiyaya məruz qalmış sektorlarına dəstək verilməsi ilə əlaqədar sanksiya riski ilə üzləşə bilər.

Nazirlik həmçinin bildirib ki, İranla bağlı əməliyyatlar ABŞ maliyyə institutlarının və ya digər amerikalı şəxslərin sanksiyaları pozmasına səbəb olarsa, xarici maliyyə qurumları inzibati və cinayət məsuliyyətinə də cəlb oluna bilər.

Qeyd edək ki, hazırda ABŞ İrana qarşı aktiv hərbi əməliyyatlardan əlavə olaraq iqtisadi sanksiyalar tətbiq edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…