Əsas məzmuna keç

"Nvidia" bu dörd ölkəyə server tədarükünü dayandırdı

"Nvidia" bu dörd ölkəyə server tədarükünü dayandırdı

ABŞ-nin "Nvidia" şirkəti tərəfdaş istehsalçılara öz çipləri ilə təchiz edilmiş serverlərin Malayziya, Sinqapur, Tailand və İndoneziyaya göndərilməsini...

en ru tr

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

ABŞ-nin "" şirkəti tərəfdaş istehsalçılara öz çipləri ilə təchiz edilmiş serverlərin Malayziya, Sinqapur, Tailand və İndoneziyaya göndərilməsini dayandırmağı tapşırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, bu addım ötən həftə qüvvəyə minmiş ABŞ-nin yeni ixrac məhdudiyyətlərindən sonra atılıb.

Yeni qaydalara əsasən, çiplərin Cənub-Şərqi Asiyanın bir sıra ölkələrinə ixracı üçün xüsusi lisenziyaların alınması tələb olunur. Vaşinqton bu yolla şirkətlərinin üçün nəzərdə tutulmuş qabaqcıl çipləri əldə etmək məqsədilə istifadə etdiyi iddia olunan kanalları bağlamağa çalışır.

Qeyd olunub ki, "Nvidia" çiplərini serverlərə quraşdıran "Dell" və "Supermicro" da daxil olmaqla, tərəfdaş istehsalçılar sözügedən dörd ölkədəki müştərilərə sifarişlərinin göndərilməsinə "Nvidia" tərəfindən icazə verilməyəcəyini bildiriblər.

Mənbələrrin məlumatına görə, tədarükün dayandırılmasının müvəqqəti olub-olmadığı hələlik bəlli deyil. Ehtimal olunur ki, "Nvidia" və onun tərəfdaşları ABŞ-nin yeni ixrac məhdudiyyətlərinə uyğunluq tələblərini dəqiqləşdirənədək bu qərar qüvvədə qala bilər.

Ticarət Nazirliyi yeni qaydanı "Nvidia" şirkətinin baş direktoru Censen Huangın istefasından bir neçə gün sonra açıqlayıb. Huangın istefası onun əvvəllər Sinqapurun bulud xidmətləri göstərən "Megaspeed" şirkətində çalışmış və Çin casusu olduğu ehtimal edilən qadınla münasibəti barədə yayılan məlumatlardan sonra baş verib.

Lakin noyabrın 23-də "Nvidia"nın direktorlar şurası Huangu yenidən baş direktor vəzifəsinə qaytarıb.

Qeyd edək ki, "Nvidia"nın tərəfdaşı olan "Megaspeed" şirkəti süni intellekt üçün nəzərdə tutulmuş qabaqcıl çiplərin mümkün qanunsuz təkrar ixracı yolu ilə Çinə çatdırılması ilə bağlı şübhələr səbəbindən diqqət mərkəzinə düşüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…