KİV: “Britaniya Aİ-nin assosiativ üzvü ola bilər”

KİV: “Britaniya Aİ-nin assosiativ üzvü ola bilər”
19.09.2023 19:56
Aa
dəq

Böyük Britaniya Avropa İttifaqını (Aİ) genişləndirmək planları çərçivəsində assosiativ üzvü kimi birliyin tərəfdaşı ola bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Telegraph” qəzeti yazıb.

“Fransa və Almaniya tərəfindən hazırlanmış Aİ-nin əsaslı şəkildə genişləndirilməsi planları çərçivəsində Böyük Britaniya assosiativ üzv kimi Ai-yə qoşula bilər”, - məqalədə deyilir.

Qeyd olunur ki, rəsmi London institusional islahatlar üzrə Fransa-Almaniya işçi qrupunun tərtib etdiyi hesabatda təklif olunan strukturun dörd səviyyəsindən üçüncüsünə daxil ola bilər.

Assosiativ üzvlər Aİ-yə və onun siyasətlərinə sonrakı inteqrasiya ilə bağlı heç bir öhdəlik daşımayacaqlar. Bununla belə, assosiativ üzv olmaq istəyən ölkələr Avropa vahid bazarında iştirak etmək müqabilində Aİ büdcəsinə ianələr ayırmalı və Avropa Ədalət Məhkəməsinə tabe olmalıdırlar. Üzvlük haqları tam Aİ üzvlərinə nisbətən daha aşağı olacaq, lakin assosiativ üzvlərin daha az imkanları olacaq, məsələn, onların Aİ Həmrəylik Fonduna və Aİ Kənd Təsərrüfatı Fonduna çıxışı olmayacaq.

Xatırladaq ki, 2016-cı ilin iyununda keçirilmiş referendumda britaniyalıların 52%-i Aİ-dən çıxmağın tərəfdarı olub. Böyük Britaniya 47 illik üzvlükdən sonra 31 yanvar 2020-ci ildə Aİ-dən ayrılıb, 1 yanvar 2021-ci il tarixində isə onlarla bağlı keçid dövrü başa çatıb. Bununla əlaqədar tərəflər arasında ticarət və əməkdaşlıq sazişi fəaliyyətə başlayıb, lakin yalnız ilkin formatda.

Həftənin ən çox oxunanları

Avropa Çinlə münasibətlərin pisləşdiyini hiss edir

Avropa Çinlə münasibətlərin pisləşdiyini hiss edir
DAVAMIN OXU davamın oxu

İrlandiya Fələstini rəsmən tanıyıb

İrlandiya Fələstini rəsmən tanıyıb
DAVAMIN OXU davamın oxu

Fransa prezidenti Makron təcili atəşkəsə çağırıb

Fransa prezidenti Makron təcili atəşkəsə çağırıb
DAVAMIN OXU davamın oxu

Britaniyanın Baş naziri seçkilərdə qalib gəlsə hərbi çağırışı bərpa edəcək

Britaniyanın Baş naziri seçkilərdə qalib gəlsə hərbi çağırışı bərpa edəcək
DAVAMIN OXU davamın oxu

Almaniya Danimarka ilə birlikdə Ukraynaya "Leopard" tankları tədarük edib

Almaniya Danimarka ilə birlikdə Ukraynaya
DAVAMIN OXU davamın oxu