Əsas məzmuna keç

"Kənd yerində 500 manatlıq iş olsa, heç kim Bakıya gəlməz" - Tahir Kərimli

"Kənd yerində 500 manatlıq iş olsa, heç kim Bakıya gəlməz" - Tahir Kərimli

Zahid Orucun kommunal təklifini dəstəkləyən Tahir Kərimli, bölgələrdə kütləvi miqrasiyanın qarşısını almaq üçün fermerlərə subsidiya və iş yerlərinin vacibliyini açıqlayıb.

en ru

Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında komitə sədri Orucun Bakıda əhalinin sıxlığının azaldılması və kəndlərdən olan köçün qarşısının alınması üçün kommunal xidmətlərin (qaz və işığın) qiymətlərinin 3 dəfə ucuzlaşdırılması barədə təklifi müzakirələrə səbəb olub. Bəs yalnız kommunal xidmətlərin ucuzlaşdırılması kənd əhalisinin şəhərlərə axınının qarşısını almaq üçün kifayətdirmi və bölgələrdə insanları saxlamaq üçün hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən keçmiç deputat Tahir Kərimli kənd yerlərində qaz və işığın qiymətinin ucuzlaşdırılması təklifini tam dəstəklədiyini bildirib:

Tahir Kərimli seçkilərdə iştirak etməyəcək | Modern.az

"Kənd yerlərində, xüsusilə dağ kəndlərində qaz və işığın limitlərinin aradan qaldırılması, qiymətlərinin ucuzlaşdırılması, hətta şəhid ailələrinə və ağır həyat şəraiti yaşayanlara pulsuz verilməsi təklifi ilə dəfələrlə özüm də çıxış etmişəm. Lakin kəndlərdən şəhərlərə kütləvi axın təkcə kommunal xidmətlərlə bağlı deyil. Vaxtilə kolxoz-savxozlar və kənd təsərrüfatı idarələri ləğv olunduqdan sonra insanlar kütləvi şəkildə işsiz qaldılar. Pay torpaqları da kiçik olduğundan, hər kəsin texnika alıb işlətməyə imkanı çatmadı və bir çoxu torpağını satmalı oldu".

Tahir Kərimlinin sözlərinə görə, hazırda kəndlərdə əsas problem kütləvi işsizlikdir və bu da paytaxta, eləcə də xarici ölkələrə miqrasiyanı stimullaşdırır:

"Birinci növbədə kənd yerlərində cəlbedici iş yerləri yaradılmalı, yüksək əməkhaqqı təmin olunmalı, bir sıra vergilər ləğv edilməli və subsidiyalar verilməlidir. Fermerlərə 5-10 il müddətinə faizsiz kreditlər ayrılmalıdır. Əgər pensiya və ya uşaq pulu kimi sosial dəstəklər də artırılarsa, bu, kənddəki ailələrin dolanışığına ciddi kömək olar. İnandırıram ki, Bakıda 1000 manatlıq işin yerinə rayon yerində 500 manatlıq iş , heç kim öz doğma yurdunu qoyub paytaxta . Çünki şəhərdə yaşamağın da öz xərcləri var".

Sabiq millət vəkili kənd təsərrüfatının müxtəlif sahələrinin dəstəklənməsinin və beynəlxalq təcrübədən istifadə olunmasının əhəmiyyətini də vurğulayıb:

"Ciddiliklə kənd təsərrüfatı təyinatlı müəssisələr açılmalı, torpaqlar intensiv istifadə olunmalı, heyvandarlıq, baramaçılıq və quşçuluğun inkişafına şərait yaradılmalıdır. Məsələn, Özbəkistanda bir neçə il əvvəl kənd əhalisinə inkubator cücələri paylanıldı ki, təsərrüfatlarını qursunlar. Bizdə də bu kimi dəstək mexanizmlərini tətbiq etmək olar. Bir sözlə, kəndlini varlı etmək və fermer təsərrüfatlarını gücləndirmək üçün dövlət dəstəyi olmalıdır. Belə olarsa, həm şəhərdə sıxlıq azalar, həm də tıxac problemi müəyyən dərəcədə öz həllini tapar".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…