Əsas məzmuna keç

Büdcə layihəsinin icrası ilə bağlı risklər açıqlanıb

Büdcə layihəsinin icrası ilə bağlı risklər açıqlanıb

2027-ci il "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər. Bu barədə...

en ru

2027-ci il " zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.

Hesablama Palatası ortamüddətli dövr üçün digər risklərin də dövlət maliyyəsinə təsirlərinin mümkünlüyünü qeyd edir.

Sənədə əsasən, ortamüddətli dövrdə istinad faiz dərəcələrinin gözləniləndən yüksək səviyyədə formalaşması faizli xarici üzrə dövlət borcuna xidmət xərclərinin artmasına səbəb ola bilər. Cari ilin 1 oktyabr tarixinə xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici dövlət borcunun 48,8 %-ni təşkil edib.

Sənədə görə, ortamüddətli dövrdə müddəti başa çatan borc öhdəliklərinin təkrar maliyyələşdirilməsi zərurəti yüksək faizli yeni borclanmalar şəraitində dövlət borcuna xidmət xərclərinin artmasına səbəb ola bilər. 2026-cı ilin 1 oktyabr tarixinə daxili dövlət qiymətli kağızlarının 56 %-nin müddətinin 5 ilədək olması daxili dövlət borcunun əhəmiyyətli hissəsinin ortamüddətli dövrdə icrası zərurətinin yarana biləcəyini göstərir.

Xatırladaq ki, bu ilin 9 ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə artıqödəmələr ilin əvvəli ilə müqayisədə 339,9 artaraq 2740,6 milyon manata yüksəlib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…