Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Keçmiş Cənubi Koreya prezidenti 30 il həbs cəzası aldı

2 dəq
Paylaş:
Keçmiş Cənubi Koreya prezidenti 30 il həbs cəzası aldı

Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok-yul Pxenyana pilotsuz uçuş aparatları göndərərək vəziyyət elan etmək üçün zəmin yaratmaqda təqsirli bilinib və 30 il müddətinə azadlıqdan məhrum edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, Seul Mərkəzi Rayon Məhkəməsi keçmiş dövlət başçısını düşmənə kömək etmək və vəzifə səlahiyyətlərindən sui-istifadə etmək maddələri ilə təqsirli hesab edib.

Bildirilib ki, məhkəmə Yun Sok-yulun Şimali Koreyanı təhrik etmək məqsədilə 2024-cü ilin payızında Pxenyan yaxınlığına təbliğat vərəqələri daşıyan pilotsuz uçuş aparatlarının göndərilməsində rol oynadığı qənaətinə gəlib.

İttihama əsasən, həmin əməliyyatın məqsədi sonradan ölkədə vəziyyət elan edilməsinə əsas yaratmaq olub.

Hakim hökmü açıqlayarkən qeyd edib ki, nəticəsində hərbi maraqlara ciddi zərər dəyməsə də, onun arxasında milli təhlükəsizliklə bağlı deyil, siyasi məqsədlər dayanıb.

Qeyd olunub ki, keçmiş Kim Yonq-hyun da eyni iş üzrə təqsirli bilinərək 30 il cəzasına məhkum edilib.

Dron Əməliyyatları Komandanlığının keçmiş rəhbəri isə üç il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Yun Sok-yul 2024-cü ilin dekabrında hərbi vəziyyət elan etdikdən sonra ciddi siyasi və hüquqi təzyiqlərlə üzləşmiş, daha sonra vəzifəsindən uzaqlaşdırılmışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax