Kanada Ukraynaya ayrılan kreditə qoşulmaq üçün Avropa İttifaqı (Aİ) ilə danışıqlar aparır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, tərəflər Kanadanın kreditə ayıracağı vəsaitin məbləğini oktyabrın sonunda Monrealda keçiriləcək Aİ-Kanada sammitinədək razılaşdırmaq niyyətindədir.
Bildirilib ki, Kanada Baş naziri Mark Karni bu addımla Avropa ilə münasibətləri gücləndirməyə və ölkəsinin ABŞ-dən asılılığını azaltmağa çalışır.
Bundan əvvəl də Karni hökumətinin Avropa İttifaqı ilə əlaqələri genişləndirmək istədiyi və Kanadanın Aİ-də assosiativ üzv statusu əldə etməsi imkanını araşdırdığı bildirilmişdi.