Əsas məzmuna keç

Kadi 3 oyunluq cəzalandırılıb

Kadi 3 oyunluq cəzalandırılıb

AFFA İntizam Komitəsi Braziliyalı yarımmüdafiəçinin aqressiv hərəkətinə görə ağır qərar verdi. Ağdam klubu və Sumqayıtın cərimələri də açıqlanıb.

en ru

""ın futbolçusu Kadi Borges 1-i şərti olmaqla 3 cəzalanıb

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Braziliyalı futbolçu Misli Premyer Liqasının III turunda baş tutan "Sumqayıt" – "Qarabağ" qarşılaşmasının 31-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1-i şərti olmaqla 3 oyunluq cəzalanıb. Bununla yanaşı, təmsilçisi 3 000 manat cərimə olunub. Yarımmüdafiəçiyə 6 ay sınaq müddəti təyin edilib.

Həmçinin sözügedən matçda azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə "Sumqayıt" klubu 5 000 manat cərimələnib.

III turun "Zirə" – "Neftçi" matçının 70-ci dəqiqəsində ikinci sarı vərəqədən sonra cəzalanan "Neftçi"nin futbolçusu Elvin Bədəlov 1 oyunluq cəzaya məruz qalıb, paytaxt klubu isə 500 manat cərimələnib. Həmin görüşün 80-ci dəqiqəsində azarkeşlərin meydana kənar əşya atması səbəbindən "Neftçi" daha 2 000 manat cərimə edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…