Əsas məzmuna keç

Jurnalistika qabiliyyət imtahanında 543 abituriyent uğur qazandı

Jurnalistika qabiliyyət imtahanında 543 abituriyent uğur qazandı

Dövlət İmtahan Mərkəzi jurnalistika ixtisasına qəbul üçün keçirilən qabiliyyət imtahanlarının nəticələrini açıqladı. Görəsən, neçə nəfər müsabiqəyə buraxıldı?

en ru

Dövlət İmtahan Mərkəzi müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən üçün avqustun 4-də keçirilən imtahanının nəticələrini elan edib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə DİM-dən məlumat verilib.

Bildirilib ki, abituriyentlər DİM-in saytında nəticələri ilə tanış ola . İmtahanda iştirak etmək hüququ qazanmış 827 abituriyentdən 189 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən 543 nəfər məqbul qiymət alıb.

Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər. İxtisas seçimi avqustun 12-dən 19-dək aparılacaq.

Qeyd edək ki, bu il ilk dəfə olaraq abituriyentlər inşanı elektron formada kompüterdə yazıblar. Kompüterdə yazı işinin yerinə yetirilməsi abituriyentlərə fikirlərini oxunaqlı və səliqəli şəkildə təqdim etmək, zərurət olduqda mətni rahat redaktə etmək və beləliklə, ayrılan vaxtdan səmərəli istifadə imkanı yaradıb. Bu yenilik həmçinin qiymətləndirmə prosesinin daha səmərəli təşkilinə imkan yaradıb və əl yazısının oxunması ilə bağlı çətinliklər aradan qalxıb.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 10 – 11 avqust tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyət vəsiqələri ilə DİM-in əsas inzibati binasına (Bakı ş., Ak., H.Əliyev 299) və ya regional bölmələrinə yaxınlaşıb ərizə yaza bilərlər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…