Əsas məzmuna keç

İtaliya klubları "Real Madrid"in gənc istedadı üçün mübarizəyə başlayıb

İtaliya klubları "Real Madrid"in gənc istedadı üçün mübarizəyə başlayıb

İtaliyanın iki klubu "Real Madrid"in yarımmüdafiəçisi Sesar Palasiosu heyətinə qatmaq istəyir.

en ru

İspaniyanın "" klubunun hücumameyilli yarımmüdafiəçisi Sesar Palasios karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. 21 yaşlı futbolçu üçün İtaliyanın iki klubu – "" və "Udineze" ciddi maraq göstərir.

"Operativ Məlumat Mərkəzi-OMM" tanınmış insayder Canluka di Martsiona istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar davam edir.

Gözlənilir ki, transfer razılaşmasına futbolçunun gələcəkdə geri alınması ilə bağlı xüsusi bənd daxil ediləcək.

Oxşar daha əvvəl Nikolas Pasın transferində də tətbiq olunmuşdu.

Gənc oyunçu "Real Madrid"in əsas komandasında 7 matçda forma geyinib. O, klubun əvəzedici komandası olan "Kastilya"nın heyətində isə ötən mövsüm daha parlaq çıxış edib.

Palasios meydana çıxdığı 36 qarşılaşmada 16 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Transfermarkt" portalı gənc futbolçunun bazar dəyərini 6 milyon avro olaraq qiymətləndirir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…