Əsas məzmuna keç

İstanbulda sərnişin avtobusu qəzaya uğradı: 12 yaralı var

İstanbulda sərnişin avtobusu qəzaya uğradı: 12 yaralı var

TEM magistral yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində çoxsaylı xəsarət alanlar olub.

ru en

Türkiyənin İstanbul şəhərində, TEM yolunun "O-3 Hal-Otogar" yol ayrımında ciddi yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Operativ Məlumat Mərkəzi-OMM” “TRT Haber”ə istinadən xəbər verir ki, avtobus Edirne istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı maneələrə çırpılıb və nəticədə aşıb.

Qəza barədə məlumat daxil olan kimi əraziyə dərhal təcili yardım, yanğınsöndürmə və qüvvələri cəlb olunub.

Hadisə nəticəsində vasitəsində olan 12 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Avtobusda sıxılıb qalan yaralılar xilasedicilərin və vətəndaşların köməyi ilə təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…