Əsas məzmuna keç

Erzurumda zəncirvari yol qəzası baş verib: 27 yaralı var

Erzurumda zəncirvari yol qəzası baş verib: 27 yaralı var

Türkiyənin Erzurum şəhərində dumanlı hava şəraiti səbəbindən baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində onlarla insan xəsarət alıb.

en ru

Türkiyənin Erzurum şəhərində bir neçə vasitəsinin iştirakı ilə ağır zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" KİV-ə istinadən xəbər verir ki, hadisə Erzurum-Aşkale yolunda, qatı dumanın müşahidə olunduğu ərazidə qeydə alınıb.

Hadisə barədə məlumat daxil olan kimi əraziyə çox sayda AFAD, təcili tibbi yardım, yanğınsöndürmə, və jandarma briqadaları cəlb edilib.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 27 nəfər təcili yardım maşınları ilə şəhərdəki xəstəxanalara müalicə altına alınıb.

Baş vermiş hadisə ilə əlaqədar olaraq Erzurum-Aşkale magistral yolu nəqliyyatın hərəkəti üçün müvəqqəti olaraq bağlanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…