Əsas məzmuna keç

Türkiyədə sərnişin avtobusu aşdı: Ölən və yaralananlar var

Türkiyədə sərnişin avtobusu aşdı: Ölən və yaralananlar var

Adana şəhərində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub, 19 nəfər xəsarət alıb.

en ru

Türkiyənin vilayətində yol-nəqliyyat hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" “TRT Haber”ə istinadən xəbər verir ki, Ankara-Osmaniye marşrutu üzrə hərəkət edən və "Kamil Koç" şirkətinə məxsus olan sərnişin avtobusu Kozan rayonu, Arslanlı məhəlləsi yaxınlığında idarəetmədən aşıb.

Hadisə barədə məlumat daxil olan kimi əraziyə dərhal jandarma, yanğınsöndürmə və 112 Təcili Tibbi Yardım briqadaları cəlb olunub.

Tibb işçilərinin apardığı ilkin yoxlamalar zamanı qəza nəticəsində 2 nəfərin hadisə yerində dünyasını dəyişdiyi müəyyən edilib.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 19 sərnişin təcili yardım maşınları ilə Kozan Dövlət Xəstəxanasına çatdırılıb. Yaralıların müalicəsi davam etdirilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…