Əsas məzmuna keç

İsrailin maliyyə naziri HƏMAS-ı tamamilə məhv etməyə çağırıb

İsrailin maliyyə naziri HƏMAS-ı tamamilə məhv etməyə çağırıb

İsrailin maliyyə naziri Bezalel Smotriç Qəzza razılaşmasını dəstəkləməkdən imtina edərək, HƏMAS-ı tamamilə məhv etməyə və Qəzzanın demilitarizasiyasına...

İsrailin maliyyə naziri Bezalel Smotriç razılaşmasını dəstəkləməkdən imtina edərək, HƏMAS-ı tamamilə məhv etməyə və Qəzzanın demilitarizasiyasına çağırıb

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Smotriç prezidenti Trampın Qəzza üçün hazırladığı 20 maddəlik planda əks olunmuş iki əsas müddəaya — Fələstin dövlətinin yaradılmasına yönəlmiş siyasi prosesə və Qəzza sektorunda təhlükəsizliyin təmin olunması üçün beynəlxalq qüvvələrdən istifadə edilməsinə qarşı çıxıb.

O, təhlükəsizliyi əcnəbilərin əlində verməməyi çağırıb.

Nazir əlavə edib ki, həbsxanaların azad edilməsinin və terrorçu liderlərin növbəti nəsillərinin azad olunmasının nəticələrindən böyük qorxu duyur.

Daha əvvəl ABŞ prezidenti Donald bildirmişdi ki, İsrail və Qəzza sektorunda münaqişənin həllinə dair planın ilk mərhələsini imzalayıblar. Ağ Ev rəhbəri həmçinin bildirib ki, HƏMAS-ın bütün girovları 13 oktyabra qədər qaytarılmalıdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…