Əsas məzmuna keç

İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbə endirdi

İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbə endirdi

İMQ-nin Herbet Selem və Tulinə endirdiyi hava zərbələri Ştulaya raket hücumuna cavabdır. Livanın cənubundakı hərbi obyektlərin məhv edilməsi və əməliyyatın detalları.

en ru

İsrail ordusu Livanda hədəflərinə zərbələr endirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) Telegram kanalında məlumat yayıb.

Bildirilib ki, İsrail qüvvələri Livanın cənubunda yerləşən Hizbullah təşkilatına məxsus hədəflərə hava zərbələri endirib.

Qeyd olunub ki, açıqlamada bu addımın əvvəlki hücumlarına cavab olaraq həyata keçirildiyi vurğulanıb.

Məlumata görə, İsrail tərəfi Hizbullahın Ştulaya raket hücumlarına cavab olaraq Herbet Selem və Tulin bölgələrində hərbi obyektlərin vurulduğunu bildirib.

Açıqlamada qeyd edilib ki, həmin obyektlər İsrailə və İsrail hərbçilərinə qarşı hücumların planlaşdırılması və həyata keçirilməsi üçün istifadə olunub.

İsrail ordusu siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq təhlükələrə qarşı əməliyyatları davam etdirəcəyini də bəyan edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…