Əsas məzmuna keç

"İsrail Livandakı hərbi əməliyyatları qətiyyətlə davam etdirəcək"

"İsrail Livandakı hərbi əməliyyatları qətiyyətlə davam etdirəcək"

Maliyyə naziri Bezalel Smotriç Hizbullahın tam ləğvi və Şakif təpəsinin boşaldılması şərtini açıqladı. Benyamin Netanyahu hökuməti geri çəkilməyəcək.

en ru

İsrailin maliyyə naziri və İran arasında aparılan danışıqların İsrailə aid olmadığını bildirib və ölkəsinin Livandakı hərbi əməliyyatlarını qətiyyətlə davam etdirəcəyini bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

O bildirib ki, Benyamin Netanyahunun hökuməti hakimiyyətdə qaldığı müddətdə İsrail işğal altında saxladığı Livanın cənubundan geri çəkilməyəcək.

Nazirin sözlərinə görə, Hizbullah fəaliyyətini davam etdirdiyi müddətdə, Şakif təpəsi də daxil olmaqla, Livandakı təhlükəsizlik zonasından İsrail qüvvələrinin çıxarılması mümkün deyil.

Smotriç Hizbullahın tamamilə ləğv edilməsinin vacib olduğunu vurğulayaraq bildirib ki, təşkilat Livan hökumətinin tərkib hissəsi olmamalı, həmçinin İsraili təhdid edə biləcək hər hansı hərbi gücə və imkanlara sahib olmamalıdır.

O qeyd edib ki, yalnız bundan sonra yeni təhlükəsizlik mexanizmləri müzakirə oluna bilər.

İsrailli nazir əlavə edib ki, Hizbullahın yalnız silahsızlaşdırılması kifayət deyil, təşkilat Livandakı siyasi təsirindən də məhrum edilməlidir. Onun fikrincə, Hizbullah İsrailin şimal bölgələri üçün təhlükə yaratmağa davam etdiyi müddətdə İsrailin Livandan geri çəkilməsi gündəmdə olmayacaq.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…