İsrail Müdafiə Qüvvələri İordan çayının qərb sahilinin müxtəlif bölgələrində basqınlar həyata keçirir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail əsgərləri gecə saatlarında İordan çayının qərb sahilində yerləşən Ramallah şəhərinin Əl-Mesayef rayonuna, İordan çayının qərb sahilinin cənubundakı Beytləhm şəhərinin şimalındakı Aida qaçqın düşərgəsinə və şəhərə basqın ediblər.