Operativ Məlumat Mərkəzi

İsrail daha 29 fələstinlini həbs edib

1 dəq
Paylaş:
İsrail daha 29 fələstinlini həbs edib

İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində reydlər zamanı 29 fələstinlini həbs ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail Ordusu (IDF) məlumat yayıb.

Qeyd edilib ki. onlardan 5-i HƏMAS- tərəfdarıdır.

Bundan əlavə, Cenin və bəzi fələstinli qaçqın düşərgələrinə basqınlar edilib. Bir neçə yerdə toqquşmalar və atışmalar baş verib.

Xatırladaq ki, oktyabrın 7-dən İordan çayının qərb sahilində İsrail hərbçiləri 2150 fələstinlini, o cümlədən 1100-dən çox HƏMAS tərəfdarını saxlayıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər