Əsas məzmuna keç

İsrail ABŞ və İran arasındakı yeni razılaşmadan narahatdır

İsrail ABŞ və İran arasındakı yeni razılaşmadan narahatdır

Təl-Əviv Vaşinqton və Tehranın nüvə proqramı üzrə yeni saziş bağlamasından ehtiyatlanır. Regionda gərginliyi artıran bu gizli danışıqların şok təfərrüatları bizdə.

en ru

İsrail Ağ Evin rəhbəri Trampın qarşıdurmaya səbəb olan bir sıra prinsipial problemləri diqqətdən kənarda qoyaraq İranla razılaşmaya gedə biləcəyindən ciddi şəkildə narahatdır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə yüksək vəzifəli İsrail rəsmilərinə istinadən CNN telekanalı məlumat yayıb.

"Trampın əlverişsiz razılaşmaya gedəcəyi ilə bağlı real narahatlıqlar var", - telekanalın müsahiblərindən biri bildirib.

Mənbələr vurğulayıblar ki, Tehranın proqramının qismən qorunub saxlanılacağı, ballistik silahlar və regional müttəfiqlərə dəstək məsələlərinin isə həll olunmamış qalacağı razılaşma İsraili İranla qarşıdurmanı başa çatmamış kimi qəbul etməyə məcbur edəcək.

"İsrail danışıqlar prosesinin pozulması ehtimalına qarşı yüksək döyüş hazırlığı vəziyyətində qalmaqda davam edir", - digər yüksək vəzifəli İsrail nümayəndəsi telekanala bildirib.

Xatırladaq ki, fevralın 28-də və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal böhranına səbəb olub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…