Əsas məzmuna keç

ABŞ və İsrail İrana qarşı mühasirə planını müzakirə edir

ABŞ və İsrail İrana qarşı mühasirə planını müzakirə edir

Rəsmi Vaşinqton və Təl-Əviv Tehranın iqtisadi və logistik imkanlarını məhdudlaşdırmaq üçün yeni strategiyalar hazırlayır.

ru en

ABŞ və İsrail rəsmiləri İrana qarşı yeni təzyiq vasitələrinin tətbiqi imkanlarını nəzərdən keçirirlər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, "The Telegraph" nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, tərəflər İranın iqtisadi imkanlarını məhdudlaşdırmaq məqsədilə quru mühasirəsi variantını müzakirə edirlər.

Məlumata əsasən, iyulun 28-də Ağ Evdə keçirilən görüş zamanı ABŞ Prezidenti və İsrailin İranın təcrid olunması üçün və qeyri-hərbi vasitələrin tətbiqi imkanlarını dəyərləndiriblər.

Bildirilib ki, tərəflər İranın idxal və ixrac əməliyyatlarını dayandırmağa yönəlmiş blokada modelinin mümkünlüyünü araşdırırlar.

İsrailli yüksək vəzifəli rəsminin sözlərinə görə, İranın əraziyə giriş-çıxış imkanlarının tam məhdudlaşdırılması ölkənin xarici ticarətinə ciddi zərbə vura bilər.

Qeyd edək ki, Tramp daha əvvəl ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başlama ehtimalını istisna etmədiyini bildirib. Onun sözlərinə görə, Vaşinqtonun tələbləri yerinə yetirilmədiyi təqdirdə hərbi müdaxilə variantı yenidən gündəmə gələ bilər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…