Əsas məzmuna keç

ABŞ-nin İrana zərbələri: Müharibəyə qayıdış gözlənilmir

ABŞ-nin İrana zərbələri: Müharibəyə qayıdış gözlənilmir

ABŞ rəsmiləri İrana qarşı həyata keçirilən son hücumların genişmiqyaslı müharibəyə yol açmayacağını bəyan edib.

ru en

ABŞ-nin İrana qarşı həyata keçirdiyi son hərbi Vaşinqton tərəfindən genişmiqyaslı müharibənin bərpası kimi qiymətləndirilmir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “” (WSJ) nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, amerikalı rəsmi şəxsin sözlərinə görə, son hücumlar əvvəlkilərlə müqayisədə daha geniş miqyaslı olsa da, bu, ABŞ və İran arasında tammiqyaslı hərbi qarşıdurmanın başlanması anlamına gəlmir.

Məlumata görə, ABŞ hərbçilərinin Fars körfəzində yerləşən İranın "Keşm" adasına endirdiyi aviazərbələr nəticəsində yaşayış binası dağılıb, iki nəfər isə uçqun altında qalıb.

Nəşr yazır ki, iyulun 28-də Ağ Evdə ABŞ Prezidenti və İsrailin arasında keçirilən görüşdə İrana qarşı gələcək siyasətlə bağlı üç əsas ssenari müzakirə olunub.

Qeyd olunub ki, tərəflər diplomatik razılaşmanın əldə olunması, İrana qarşı iqtisadi təzyiqlərin və blokadanın sərtləşdirilməsi, eləcə də hərbi əməliyyatların yenidən başlanması variantlarını nəzərdən keçiriblər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…