Əsas məzmuna keç

Netanyahu və Tramp Vaşinqtonda İranın nüvə proqramını müzakirə edəcəklər

Netanyahu və Tramp Vaşinqtonda İranın nüvə proqramını müzakirə edəcəklər

İsrailin Baş naziri Binyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp arasında planlaşdırılan görüş vaxtından əvvələ çəkilib.

en ru

İsrailin Baş naziri Benyamin və ABŞ Prezidenti gələn çərşənbə günü Vaşinqtonda bir araya gələcəklər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, əvvəlcə fevralın 18-nə bu görüşün vaxtının dəyişdirilməsi regionda diplomatik hərəkətliliyin artdığı bir dövrə təsadüf edir.

Görüşün əsas müzakirə mövzusu Omanın paytaxtı Maskatda ABŞ və İran arasında yenidən başlayan dolayı olacaq.

Tehran tərəfi uranın zənginləşdirilməsi hüququndan geri çəkilməyəcəyini bəyan etsə də, ballistik raket proqramı ilə bağlı hər hansı müzakirəni qəti şəkildə rədd edir. İran rəsmiləri raket arsenalının milli müdafiənin əsası olduğunu və bu məsələnin müzakirə predmeti olmadığını bildiriblər.

Xatırladaq ki, ötən ilin iyun ayında ABŞ və İsrailin İranın nüvə obyektlərinə birgə hərbi zərbələr endirməsi regionda gərginliyi pik həddə çatdırmışdı. İran buna cavab olaraq Qətərdəki ABŞ bazasına raket zərbəsi endirmişdi. Hazırda dünya gücləri və qonşu dövlətlər danışıqların uğursuzluqla nəticələnəcəyi təqdirdə, neft hasil edən Körfəz regionunda daha genişmiqyaslı hərbi münaqişənin baş verməsindən ehtiyat edirlər.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…