Əsas məzmuna keç

İsmayıl Bəqayi: Nüvə proqramı ilə bağlı danışıqlar aparılmır

İsmayıl Bəqayi: Nüvə proqramı ilə bağlı danışıqlar aparılmır

İran XİN rəsmisi İsmayıl Bəqayi nüvə proqramı ilə bağlı iddiaları cavablandırıb. Tehranın hazırkı danışıqlarda əsas prioriteti nədir və hansı məqamlar spekulyasiyadır?

en ru

İran Xarici İşlər Nazirliyi proqramının əhatə dairəsi ilə bağlı müzakirələr barədə yayılan iddiaları təkzib edib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə nazirliyin sözçüsü İsmayıl Bəqayi açıqlama verib.

Onun sözlərinə görə, danışıqlar yalnız müharibənin dayandırılmasına yönəlib və nüvə proqramının detalları ilə bağlı heç bir müzakirə aparılmır.

Bəqayi bildirib ki, əgər hazırkı mərhələ nəticə verərsə, İranın nüvə proqramı gələcək danışıqların mövzularından biri ola bilər.

O, mediada bu barədə yayılan məlumatların isə yalnız “spekulyasiya” xarakteri daşıdığını qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…