Əsas məzmuna keç

İran rəsmisindən bəyanat: ABŞ-nin addımları regionu təhdid edir

İran rəsmisindən bəyanat: ABŞ-nin addımları regionu təhdid edir

İran XİN rəsmisi İsmayıl Bəqayi Vaşinqtonun atəşkəs rejimini pozan addımlarını sərt tənqid edib. Tehran hərbi gücünü istifadə edəcəyi ilə bağlı xəbərdarlıq edib.

ru en

İran Xarici İşlər Nazirliyi ABŞ-nin son dövrlərdəki addımlarını və bəyanatlarını tənqid edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İran XİN-in sözçüsü İsmayıl Bəqayi çərşənbə günü keçirdiyi brifinqdə danışıb.

O bildirib ki, tərəfindən verilən ziddiyyətli mesajlar və atəşkəs rejiminin dəfələrlə pozulması diplomatik prosesə mənfi təsir göstərib.

Bəqayi vurğulayıb ki, İran silahlı qüvvələri ölkənin təhlükəsizliyinə yarandığı təqdirdə cavab verməkdən çəkinməyəcək.

“İran silahlı qüvvələri lazım bildikləri zaman cavab verməkdən bir an belə çəkinməyəcək”, – deyə sözçü qeyd edib.

Onun sözlərinə görə, İran hökumət strukturları arasında tam koordinasiya mövcuddur və ölkənin müdafiəsi üçün həm diplomatik, həm də imkanlardan istifadə olunacaq.

Bəqayi əlavə edib ki, Tehran regionda gərginliyin artmasını istəmir, lakin milli maraqların qorunması prioritet olaraq qalır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…