Əsas məzmuna keç

İraqda teleqram bloklanıb

İraqda teleqram bloklanıb

İraq hakimiyyəti ölkədə teleqram messencerinin bloklandığını rəsmən elan edib. Bu barədə İraqın Rabitə Nazirliyinin bəyanatında deyilir. “Teleqramın...

İraq hakimiyyəti ölkədə messencerinin bloklandığını elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İraqın Rabitə Nazirliyinin bəyanatında deyilir.

“Teleqramın bloklanması ölkənin milli təhlükəsizliyi ilə bağlı səlahiyyətli orqanların göstərişləri əsasında, həmçinin messencer tərəfindən müşahidə olunmayan vətəndaşların şəxsi məlumatlarının qorunması məqsədilə həyata keçirilib”, - bəyanatda bildirilir.

Nazirlik izah edib ki, aidiyyəti orqanlar dəfələrlə idarəedici şirkətdən təhlükəsizliyə və ictimai əmin-amanlığa təhlükə yaradan rəsmi dövlət qurumlarından məlumatların və iraqlıların şəxsi məlumatlarının sızdırılmasına görə məsuliyyət daşıyan platformaların bağlanmasında əməkdaşlıq etməyi tələb edib. Məlumata görə, bunu etməyib və səlahiyyətlilərin heç bir müraciətinə cavab verməyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…