ABŞ Prezidenti Donald Tramp İranla münaqişəyə görə peşman olmadığın bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
"Peşmanlıq sözünü qəbul etmirəm. İnsan hər zaman özündən şübhə edə bilər. Əgər bunu yenidən etmək məcburiyyətində qalsaydım, yenə də eyni şəkildə hərəkət edərdim", - Tramp bildirib.
ABŞ Prezidenti münaqişənin bəzi tərəfdarlarını məyus etdiyi və ruhdan saldığı barədə fikirləri də rədd edib.
"Onların ruhdan düşdüyünü düşünmürəm. Hesab edirəm ki, İranın nüvə silahına sahib olmasına imkan vermədiyim üçün onlar mənimlə çox fəxr edirlər", - Tramp deyib.
Tramp daha əvvəl səsləndirdiyi fikri təkrarlayaraq müharibənin ABŞ-də keçiriləcək aralıq seçkilərindən dərhal sonra başa çatacağını bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti sentyabrın 9-da da buna bənzər fikir səsləndirib və Tehranın seçkilərə təsir göstərməyə çalışdığını ehtimal edib.