Əsas məzmuna keç

"Bunu etməsəydim, onlara "cənab" deyə müraciət etməli olardınız”

"Bunu etməsəydim, onlara "cənab" deyə müraciət etməli olardınız”

ABŞ lideri Donald Tramp Tehranın nüvə proqramı və iqtisadi böhranı ilə bağlı 3 sərt ssenarini açıqladı. Görəsən, Vaşinqtonun yeni planı nədən ibarətdir?

en ru

Prezidenti İranla bağlı danışıqları davam etdirmək, hücumları əhəmiyyətli dərəcədə artırmaq və ya iqtisadi təzyiqi daha da gücləndirmək kimi üç seçimlərinin olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

İranlıları çətin danışıqlar aparan tərəf kimi xarakterizə edən Tramp, tərəflər arasında əldə olunan bəzi razılaşmaların daha sonra iranlı rəsmilər tərəfindən ictimaiyyət qarşısında rədd edildiyini iddia edib.

Tramp İranla bağlı üç mümkün yolun olduğunu vurğulayıb. Onun sözlərinə görə, mövcud yanaşmanı davam etdirərək danışıqlar çərçivəsində İran üzərində təzyiqi saxlamaq, hücumların miqyasını əhəmiyyətli dərəcədə artırmaq və ya iqtisadi təzyiqi daha da gücləndirmək mümkündür.

ABŞ Prezidenti İran iqtisadiyyatının çətin vəziyyətdə olduğunu, ölkədə inflyasiyanın 300 faizə çatdığını və İran milli valyutasının əhəmiyyətli dərəcədə dəyər itirdiyini iddia edib.

ABŞ-nin İranın maliyyə resursları üzərində nəzarətə malik olduğunu irəli sürən Tramp iqtisadi təzyiqin artıq Vaşinqtonun Tehrana qarşı siyasətinin bir hissəsi olduğunu bildirib.

Tramp həmçinin İranın silahına sahib olmasının qarşısını aldığını iddia edib.

“Əgər bunu etməsəydim, hazırda onların nüvə silahları olardı və siz də onlara "cənab" deyə müraciət etməli olardınız”, - Tramp qeyd edib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…