Əsas məzmuna keç

İranın hücumu zamanı ABŞ-nin 8 “F-15” qırıcısı zədələnib

İranın hücumu zamanı ABŞ-nin 8 “F-15” qırıcısı zədələnib

CBS News mənbələrə istinadən bildirir ki, İranın İordaniyadakı ABŞ hərbi bazasına raket hücumu zamanı təxminən 8 F-15 qırıcısı zədələnib. Hadisə nəticəsində ABŞ hərbçiləri arasında ölən olmayıb.

en ru

İranın 8 sentyabrı 9 sentyabra bağlayan gecə İordaniyada yerləşən ABŞ-nin Muvaffak Salti aviabazasına ballistik raketlərlə hücumu zamanı ABŞ-yə məxsus təxminən 8 “F-15” qırıcısı zədələnib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, CBS News-in mövzuya yaxın mənbələrə istinadən yaydığı məlumata görə, təyyarələrə dəyən zərər böyük olmasa da, onlar texniki xidmətə göndərilməli olub.

Mənbələr “Warthog” kimi tanınan bir “A-10 Thunderbolt” hücum təyyarəsinin də qanadının qırıldığını bildiriblər. Hadisə zamanı hərbçiləri arasında ölən şəxsin olmadığı qeyd olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…