Əsas məzmuna keç

İranın ali rəhbərinin dəfn mərasimi: Xalqın dəyərlərə sadiqliyinin nümayişi

İranın ali rəhbərinin dəfn mərasimi: Xalqın dəyərlərə sadiqliyinin nümayişi

İran parlamentinin sədri Qalibaf xalqı vəfat edən liderlə vidalaşmağa və bu tarixi məqamda birlik nümayiş etdirməyə çağırıb.

en ru

İranda “tarixi vidalaşma” ərəfəsində kütləvi mərasimlərinə hazırlıq görülür.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Bağır ölkə vətəndaşlarını yaxın günlərdə Tehran və digər şəhərlərdə keçiriləcək dəfn mərasimlərində fəal iştirak etməyə çağırıb.

Qalibaf bildirib ki, İran “tarixi günlərdən birini yaşamağa hazırlaşır” və vəfat edən lideri İslamın, İranın müstəqilliyinin və inqilabi idealların müdafiəsinə ömrünü həsr etmiş böyük şəxsiyyət kimi qiymətləndirib.

Parlament sədrinin sözlərinə görə, bu mərasim təkcə vida deyil, həm də xalqın “şəhidlərin yolu” və İslam İnqilabının dəyərləri ilə bağlı öhdəliyini yeniləməsi kimi xarakter daşıyır. O qeyd edib ki, milyonlarla insanın iştirakı gözlənilir və bu, İran xalqının birliyini etdirəcək.

Məlumata görə, Qalibaf gəncləri, şəhid ailələrini və bütün vətəndaşları bu mərasimlərdə iştirak etməyə çağırıb və İranın “zülm və təzyiqlərə qarşı mübarizəsini davam etdirəcəyini” vurğulayıb.

Qeyd edək ki, iyulun 4-də keçiriləcək vida mərasimində 40-a yaxın ölkədən yüksək səviyyəli nümayəndələrin iştirakı gözlənilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…