Əsas məzmuna keç

İran Ordusunun sözçüsü: Məzlum xalqlar zülmə qarşı birləşməlidir

İran Ordusunun sözçüsü: Məzlum xalqlar zülmə qarşı birləşməlidir

İran İslam Respublikasının rəsmisi xalqın nümayiş etdirdiyi birliyin beynəlxalq müstəvidə nümunə olacağını vurğulayıb.

en ru

İran Ordusunun sözçüsü Tehran şəhərində keçirilən vida və dəfn mərasimi ilə bağlı açıqlama verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, keçirilən genişmiqyaslı tədbiri İran tarixində “unudulmaz bir epopeya” kimi xarakterizə edib və vətəndaşların bütün təbəqələrinin iştirakını yüksək qiymətləndirib.

Bildirilir ki, o, çıxışı zamanı bu cür kütləvi iştirakın cəmiyyətin mənəvi oyanışına və maariflənməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.

Qeyd olunur ki, rəsmi şəxs mərasimi tarixi “Aşura” hərəkatı ilə müqayisə edərək onun xüsusi ideoloji və ictimai əhəmiyyət daşıdığını vurğulayıb.

Məlumata əsasən, sözçü İran xalqının etdirdiyi birlik və iradənin beynəlxalq ictimaiyyət üçün nümunə olduğunu bildirib və dünya üzrə azadlıqsevər xalqları ədalətsizliyə qarşı birliyə çağırıb.

Sonda o, ölkə daxilində həmrəyliyin və birliyin qorunmasının vacibliyini xüsusi vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…