Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Pezeşkian: Şəhid liderin yolu davam edəcək

2 dəq
Paylaş:
Pezeşkian: Şəhid liderin yolu davam edəcək

İranın yeni prezidenti şəhid olmuş liderin ərəfəsində xalqa müraciət edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ölkənin hazırda şərəfli və tarixi bir mərhələdən keçdiyini bildirib və xalqın “yorulmaz mübariz və müqavimətin güclü bayraqdarı” üçün yas tutduğunu qeyd edib.

Məlumata görə, öz müraciətində böyük liderin şəhadətinin İran xalqının və dünya müsəlmanlarının qəlbində dərin kədər yaratdığını, lakin bu hadisənin sistemin inanc və iradə üzərində qurulduğunu bir daha nümayiş etdirdiyini bildirib. O, bu prosesi “qırmızı yüksəliş” kimi xarakterizə edərək bunun son deyil, həmrəylik və inkişafın yeni mərhələsi olduğunu vurğulayıb.

Bildirilir ki, Pezeşkian İranın bütün etnik, dini və siyasi qruplarını dəfn mərasimlərində iştiraka və milli birliyin nümayiş etdirilməsinə çağırıb. Onun sözlərinə görə, kütləvi iştirak terror, zorakılıq və təzyiq siyasətinə qarşı qəti mesaj olacaq.

Qeyd edək ki, mərhum liderin dəfn mərasimi Tehranın “Böyük Müsəlla” məscidində keçirilir və mərasimdə xarici ölkələrin nümayəndə heyətləri və dini şəxslər də iştirak edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax