Əsas məzmuna keç

Astara gömrükçüləri İrandan gələn yükdə 22 kiloqramdan çox marixuana aşkar edib

Astara gömrükçüləri İrandan gələn yükdə 22 kiloqramdan çox marixuana aşkar edib

Dövlət Gömrük Komitəsinin məlumatına görə, “Cənub-Astara” gömrük postunda “kahı” yükünün içərisində gizlədilən külli miqdarda narkotik vasitə aşkar olunaraq dövriyyədən çıxarılıb.

en ru

Astara İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz yolla ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, hadisə “Cənub-Astara” gömrük postunda qeydə alınıb.

İrandan Rusiyaya “” daşıyan vasitəsi stasionar rentgen qurğusundan keçirilərkən şübhəli cizgilər müşahidə edilib. Nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb olunub və kinoloji xidmət itinin köməyi ilə aparılan baxış zamanı yükün içərisində gizlədilmiş qadağan olunmuş maddələr aşkarlanıb.

Yoxlama nəticəsində üzəri “kahı” ilə örtülmüş 191 ədəd bağlamada ümumi xalis çəkisi 22 kiloqram 565 qram olan qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…