Tehranda ABŞ və İsrailin hava hücumları nəticəsində bir Çin vətəndaşı həlak olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq məlumat yayıb.
O bildirib ki, 2 mart tarixinə qədər Çin İrandan təxminən 3000 vətəndaşını təxliyə edib.
Mao Ninq dialoq və danışıqlar yolu ilə həllin əldə edilməli olduğunu vurğulayaraq deyib: “Ən təcili məsələ hərbi əməliyyatları dayandırmaq və münaqişənin yayılmasının qarşısını almaqdır”.