Əsas məzmuna keç

Çin İranda hərbi əməliyyatların dayandırılmasını tələb edir

Çin İranda hərbi əməliyyatların dayandırılmasını tələb edir

Mao Ninq İran münaqişəsində atəşkəs çağırışı etdi. Donald Trampın zərbə planlarından sonra Pekin humanitar fəlakət xəbərdarlığı yayaraq tərəfləri dialoqa çağırır.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İrandakı müharibədə iştirak edən tərəfləri dərhal elan etməyə və mümkün qədər tez danışıqlarına başlamağa çağırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao 2 apreldə keçirdiyi brifinqdə bildirib.

Mao Ninq qeyd edib: “Hərbi vasitələr əsas problemləri həll edə bilməz. Döyüşlərin uzadılması və münaqişənin şiddətlənməsi heç bir tərəfin maraqlarına xidmət etmir”.

O əlavə edib ki, “hərbi əməliyyatlara dərhal son qoyulmalı, sülh danışıqlarına tezliklə başlanmalı və daha böyük humanitar fəlakətin qarşısı alınmalıdır”.

Qeyd olunur ki, bu çağırış ABŞ Prezidenti Trampın yaxın iki-üç həftə ərzində İrana qarşı güclü zərbələr endirmək niyyətini açıqlamasından sonra gəlib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…

Salam! Mən OMM Bot. Bu gün nə baş verdiyini qısa deyim?