Əsas məzmuna keç

İran: Zənginləşdirilmiş uranın bir qramı belə ölkədən çıxarılmayacaq

İran: Zənginləşdirilmiş uranın bir qramı belə ölkədən çıxarılmayacaq

İran Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Möhsün Rzayi bildirib ki, zənginləşdirilmiş uranın heç bir hissəsi ölkədən çıxarılmayacaq. O, ABŞ-la danışıqların etimadın bərpasından və İranın bütün şərtlərinin yerinə yetirilməsindən sonra başlaya biləcəyini deyib.

en ru

İran Ali Milli Təhlükəsizlik Şurasının ölkəsi ilə Birləşmiş Ştatlar arasında davam edən hərbi-siyasi gərginlik və nüvə proqramının gələcəyi ilə bağlı xəbərdarlıq xarakterli kəskin bəyanatla çıxış edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, M.Rzayi bu barədə rəsmi hesabında paylaşım edib.

İranın əlində olan zənginləşdirilmiş uranın gələcəyi və xaricə çıxarılması ilə bağlı beynəlxalq müzakirələrə toxunan Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Tehranın güzəştə getməyəcəyini qeyd edib:

“İranın malik olduğu zənginləşdirilmiş uranın bir qramı belə ölkə ərazisindən kənara çıxarılmayacaq”, – deyə M.Rzayi vurğulayıb.

administrasiyası ilə olası və ya tənzimləmə danışıqlarının yalnız qarşılıqlı etimadın bərpasından asılı olduğunu bildirən İran rəsmisi, Vaşinqtonun konkret addımlar atmalı olduğunu deməsinə diqqət çəkib:

“Birləşmiş Ştatlar real və etimad yaradan adekvat addımlar atana qədər heç bir ikitərəfli danışıqlardan söz gedə bilməz. Bu diplomatik proses yalnız İranın irəli sürdüyü bütün şərtlərin tam və qeyd-şərtsiz icrası ilə başlaya bilər”, – deyə o ilavə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…