Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) sabiq Hakimlər Komitəsinin sədri Barış Şimşək Türkiyə Futbol Federasiyasında (TFF) yeni vəzifə alıb. O, qurumun Mərkəzi Hakimlər Komitəsinin (MHK) yeni tərkibinə daxil edilib.
Barış Şimşək 2022-2024-cü illərdə AFFA-nın Hakimlər Komitəsinin sədri olub və Azərbaycanda hakimlik sisteminə rəhbərlik edib. O, bundan sonra fəaliyyətini Türkiyə futbolunun hakimlik strukturunda davam etdirəcək.
TFF-də aparılan kadr dəyişiklikləri çərçivəsində MHK-nın sədri vəzifəsinə ingiltərəli hakim Entoni Teylor təyin olunub. O, bundan əvvəl elit hakimlər üzrə direktor vəzifəsində çalışıb.
Komitənin yeni tərkibinə Alan Snoddi və İqor Radoyçiç də daxil edilib.