Türkiyə Futbol Federasiyası “Şaxtyor”un baş məşqçisi Arda Turana Türkiyə millisinin sükanı arxasına keçməyi təklif edib. O, bu təklifdən imtina edib.
“Boşuna Tıklama” hesabının yaydığı məlumata görə, Turan qərarını Ukrayna klubunu çətin dönəmdə yarı yolda qoymaq istəməməsi ilə izah edib.
“Klub mənim getməyimi istəmir, mən də münaqişə davam etdiyi vaxt onu yarı yolda qoya bilmərəm”, – deyə məşqçi bildirib.
Bundan sonra federasiya Turana klubdakı işi ilə milli komandanın baş məşqçisi vəzifəsini eyni vaxtda icra etməyə icazə verməyə hazır olduğunu çatdırıb. Məşqçinin bu təklifə cavabı barədə məlumat yoxdur.
Qeyd edək ki, Türkiyə millisinin baş məşqçisi postundan Vitsentso Montella ayrılıb.