Türkiyəli mütəxəssis Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin oluna bilər. İnsayder Nikolo Skiranın “X” sosial şəbəkəsində yaydığı məlumata görə, tərəflər 2030-cu il dünya çempionatına qədər qüvvədə olacaq müqaviləni imzalamağa yaxındır.
Yalçının son klubu “Beşiktaş” olub. O, komandanı may ayında tərk edib. Mütəxəssis bu klubla Türkiyə çempionluğunu və ölkə kubokunu hərəyə bir dəfə qazanıb.
Karyerası ərzində Yalçın “Antalyaspor”, “Malatyaspor”, “Alanyaspor”, “Konyaspor”, “Eskişehirspor”, “Kayserispor”, “Gaziantepspor” və “Sivasspor” klublarında da çalışıb.
Skira daha əvvəl Türkiyə millisinin baş məşqçisi vəzifəsinə Arda Turanın gətiriləcəyini yazmış, lakin sonradan həmin paylaşımını silmişdi. Türkiyə yığmasının əvvəlki baş məşqçisi Vinçentso Montella olub. Onunla əməkdaşlıq uğursuz nəticələrə görə dayandırılıb.