Əsas məzmuna keç

"Neftçi" CƏRİMƏLƏNDİ - SƏBƏB

"Neftçi" CƏRİMƏLƏNDİ - SƏBƏB

AFFA İntizam Komitəsinin qərarı ilə paytaxt klubu ciddi sanksiya ilə üzləşib. Azərbaycan Premyer Liqasında baş verən insidentin təfərrüatları məlum olub.

en ru

Misli Premyer Liqasının VII turunun "Neftçi" – "Sabah" oyununda azarkeşlərin rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə "Neftçi" komandası 5000 manat cərimə edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Həmçinin sözügedən görüşdə 4 futbolçusu sarı vərəqə aldığı üçün "Sabah" komandası 700 manat cəriməyə məruz qalıb.

Oktyabrın 9-da keçirilən "Araz-Naxçıvan" – "Kəpəz" matçında hesab tablosu işləmədiyinə görə "Araz-Naxçıvan" komandası 2000 manat cərimələnib.

Oktyabrın 11-də gerçəkləşən "İmişli" – "" oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə isə "İmişli" klubu 2500 manat cərimə edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…