İraq və İran arasında strateji əhəmiyyətə malik Şeyb sərhəd-keçid məntəqəsinin İraq hökumətinin rəsmi göstərişi ilə fəaliyyətini müvəqqəti dayandırdığı iddia olunur.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sərhəd-keçid məntəqəsi oktyabrın 20-si səhər saat 06:00-dan etibarən nəqliyyatın və şəxsi heyətin gediş-gəlişi üçün qapadılıb.
Məlumatda qeyd olunur ki, sərhəd-keçid məntəqəsinin bağlanması barədə tapşırıq İraq rəhbərliyi tərəfindən verilib. Qərarın növbəti xüsusi xəbərdarlığa qədər qüvvədə qalacağı bildirilsə də, fəaliyyətin dayandırılmasının dəqiq hərbi-siyasi və ya təhlükəsizlik səbəbləri barədə ətraflı məlumat açıqlanmayıb.
Hadisə ilə bağlı Bağdad və Tehranın rəsmi strukturları, eləcə də İraqın Sərhəd Keçid Məntəqələri Heyəti hələlik hər hansı təsdiqedici və ya təkzibedici bəyanatla çıxış etməyib.
Xatırladaq ki, İraq və İran arasında ticari-iqtisadi, eləcə də sərnişin daşımaları baxımından mühüm rol oynayan 10-a yaxın quru sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir. Регионda davam edən hərbi-siyasi gərginlik fonunda tranzit yollarının təhlükəsizliyinin təmini əsas gündəm mövzusu olaraq qalır.