Əsas məzmuna keç

İraq müharibə səbəbindən təxminən 60 milyard dollar zərərə uğrayıb

İraq müharibə səbəbindən təxminən 60 milyard dollar zərərə uğrayıb

İraqın xarici işlər naziri Hüseyn ABŞ və İsrail ilə İran arasındakı münaqişənin ölkə iqtisadiyyatına ciddi ziyan vurduğunu bildirib. O, gərginliyin azaldılması üçün diplomatik təşəbbüslərin vacibliyini vurğulayıb.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İraqın naziri Fuad İtaliyanın paytaxtı Romada bu ölkənin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə birgə keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İraq Xəbər Agentliyinin (INA) yaydığı məlumata əsasən, F.Hüseyn ABŞ və İsrail ilə İran arasında Yaxın Şərqdə alovlanan hərbi münaqişənin İraq iqtisadiyyatına və regional maliyyə sisteminə vurduğu ağır zərərləri dəyərləndirib. Nazir silahlı toqquşmaların davam etməsinin İraq üçün fəlakətli nəticələr doğurduğunu bəyan edib.

İraq xarici işlər idarəsinin rəhbəri müharibənin başlanmasından bəri ölkə iqtisadiyyatına dəymiş birbaşa və dolayısı zərərin təxminən 60 milyard dollara çatdığını diqqətə çatdırıb.

F.Hüseyn davam edən genişmiqyaslı hərbi əməliyyatların qlobal böhranını daha da kəskinləşdirdiyini, neft-qaz bazarlarında kəskin qiymət artımına və beynəlxalq miqyasda inflyasiya təzyiqlərinin yüksəlməsinə səbəb olduğunu vurğulayıb. Onun sözlərinə görə, mövcud böhran Avropa İttifaqı ölkələri də daxil olmaqla, dünya dövlətlərinin iqtisadi sabitliyinə birbaşa təhdid yaradır.

İraqın xarici işlər naziri regionda hərbi gərginliyin təcili şəkildə nəzarətə götürülməsi və münaqişənin digər ölkələrin ərazisinə yayılmasının qarşısının alınması üçün təxirəsalınmaz diplomatik addımların atılmasının vacibliyini qeyd edib. O, Avropa İttifaqını və aparıcı Avropa dövlətlərini tərəflər arasında dərhal atəşkəsin əldə olunması və danışıqlar masasına qayıdılması üçün vasitəçilik səylərini artırmağa çağırıb.

Xatırladaq ki, Fuad Hüseyn bundan əvvəl verdiyi bəyanatda Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətinin pozulması və dəniz blokadası səbəbindən İraqın neft eksportunun kəskin azaldığını, nəticədə dövlət büdcəsinin əsasını təşkil edən neft gəlirlərinin itirilməsinin ölkə iqtisadiyyatını dərin böhrana sürəklədiyini bildirmişdi.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 16.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…