Əsas məzmuna keç

İran XİN başçısı Pakistana gedəcək

İran XİN başçısı Pakistana gedəcək

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Pakistana səfər edəcək. Bu barədə Pakistan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, səfər...

İranın naziri Əmir Pakistana səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, səfər Pakistan xarici işlər naziri Abbas Cilaninin dəvəti ilə baş tutacaq.

Nazirlərin ikitərəfli münasibətləri müzakirə edəcəkləri gözlənilir.

Qeyd edək ki, bir neçə gün əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) Pakistanda yerləşən “Ceyş əl-Adl” qruplaşmasına zərbələr endirib. Yanvarın 17-də Pakistan buna cavab olaraq İran ərazisinə zərbələr endirib. Nəticədə 9 nəfər həlak olub. Pakistan Silahlı Qüvvələri yüksək hazırlıq səviyyəsinə gətirilib.

C. A.Cilani daha əvvəl Pakistanın İranla əməkdaşlığa hazır olduğunu bildirib. Pakistanın Milli Təhlükəsizlik Komitəsi isə İranla diplomatik münasibətləri tam bərpa etmək qərarına gəlib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…